Hepatit B virusu ağız suyu, tər, qab-qacaqla da yoluxur - VİDEO
05 oktyabr 2019 09:00 (UTC +04:00)

Hepatit B virusu ağız suyu, tər, qab-qacaqla da yoluxur - VİDEO

"Bir çoxlarına elə gəlir ki, hepatit virusu ancaq qan və cinsi yolla yoluxur. Bu, yanlış yanaşmadır".

Bunu e-tibb.az-a video açıqlamasında cərrah-transplantoloq, tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi deyib.

Həkim vurğulayıb ki, hepatit B virusu qan və cinsi yoldan başqa, ağız suyu, tər, tüpürcək, qab-qacaqla da yoluxa bilir: “Doğum evlərində uşaqlara hepatit B peyvəndi vurulur. Amma çox təəssüflər olsun ki, sonradan valideynlər 2-ci və 3-cü dozanı vurdurmaqdan yayındırırlar. Görünür, bununla bağlı həm biz həkimlər, həm də media yetərincə maarifləndirmə işi apara bilməyib. Ya da insanları bu peyvəndin vacibliyinə inandıra bilməmişik”...

M. Kazımi viruslu hepatitləri geniş yayılmasının qarşını almaq yolları, hepatit əleyhinə peyvəndlərin əks təsirləri barədə sualları da cavablandırıb.

Bundan başqa, hamilələrdə hepatit virusunun təhlükəli olub-olmaması barədə danışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1114

Oxşar yazılar