
Stressi azaldan Qoobo adlı "başsız pişik" - VİDEO
Yaponiyanın "Yukai Engineering" şirkəti başsız robot pişik təqdim edib.
Lent.az "ictnews"a istinadla xəbər verir ki, Berlində keçirilən "IFA-2019" sərgisində nümayiş olunan yeni qurğunun əsas vəzifəsi insana stresslə mübarizə aparmaqda kömək etməkdir.
Məlumata görə, başsız robot pişik canlı heyvanların etdiyi kimi quyruğunu yelləyir. "Qoobo" adlı texnologiyanın effektivliyi aparılan bir neçə psixoloji test zamanı sübuta yetirilib.
Robot pişik tumarlanan zaman tərpənməyə başlayır və quyruğunu bulayır. Qurğunun effektivliyi bir neçə könüllünün üzərində aparılan sınaqlarda qiymətləndirilib. Şirkət mütəxəssisləri könüllülərin stress səviyyəsini qiymətləndirdikdən sonra onlara robot pişiyi tumarlamağa icazə veriblər. Bu proses başa çatdıqdan sonra sorğu keçirilib.
Tədqiqatdan məlum olub ki, qurğu insana apatiya və yorğunluq səviyyəsini, eləcə də gərginliyi azaltmağa imkan verib və depressiya ilə mübarizə aparmağa kömək edib. İndiyədək satılan "Qoobo" qurğularının sayı 10 min təşkil edir
Oxşar yazılar

"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu
14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA: ölənlər var
14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər xlordan zəhərləndi
13 iyul 2025 , 22:47
Londonda təyyarə qəzaya uğradı
13 iyul 2025 , 22:16
İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09
Ukraynada daha bir Azərbaycan əsilli hərbi qulluqçu öldü
13 iyul 2025 , 14:43