<font color=red>&#174; </font>“Zeytun bağları” mahnısının təqdimat mərasimi oldu - <span style="color:red;">FOTOLENT  - <span style="color:red;">VİDEO
02 oktyabr 2019 12:07 (UTC +04:00)

® “Zeytun bağları” mahnısının təqdimat mərasimi oldu - FOTOLENT - VİDEO

Zeytun yağı sağlamlıqdır, Zeytun yağı gözəllikdir, Zeytun yağı sevgidir... Sağlamlığı qorumağa olan sevgi, həyata olan sevgi, sevdiklərinə olan sevgi.
Deyirlər, ürəyə gedən yol mədədən keçir. Bəlkə də bu həqiqətdir. Çünki sevdiklərimizə dediyimiz sözlərlə yanaşı, hazırladığımız ləzzətlərlə sevgimizi göstərmək də bir ifadə tərzidir. 
 
Məhz bu amal əsasında Zeytun Bağları markası və özünəməxsus ifaları ilə seçilən Dilarə Kazımova fərqli və sağlam sevgini tərənnüm edən layihə ilə bir araya gəldilər. 
 
Sözləri və musiqisi Cavid Şahbazbəyova məxsus olan mahnıya rejissor Fuad Əlişov tərəfindən gözəl bir sevgi hekayəsini əks etdirən klip çəkilib. 
21 sentyabr 2019-cu il tarixində Park Cinema kinoteatrında Dilarə Kazımovanın yeni xiti “Zeytun bağları” mahnısının və mahnıya çəkilmiş klipin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində ifaçının dostları, doğmaları, media nümayəndələri bir araya gəlib. Həm Dilarə Kazımova, həm də Zeytun Bağları markası öz çıxışlarında bu əməkdaşlıqdan məmnunluqlarını dilə gətiriblər. 
Qeyd etmək istərdik ki, bu Zeytun Bağları markası ilə Dilarə Kazımovanın bu növbəti iş birliyi idi. 
 

 

# 1225
avatar

Oxşar yazılar