12 gündür itkin düşən tələbənin təhsil haqqı ödənilə bilər - <span style="color:red;">Universitetdən AÇIQLAMA
02 oktyabr 2019 16:30 (UTC +04:00)

12 gündür itkin düşən tələbənin təhsil haqqı ödənilə bilər - Universitetdən AÇIQLAMA

“Bəzi mətbu orqanlarda, eləcə də sosial şəbəkələrdə ailəsinin axtardığı Əsədulla Cəfərovla bağlı bildirirlər ki, guya universitet ona təzyiq göstərib”.
 
Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli deyib. O bildirib ki, tələbəyə heç bir təzyiq göstərilməyib:
 
 
“Əgər tələbə sentyabr ayının 15-dən etibarən universitetə gəlmirsə, dərslərdə iştirak etmirsə, ona necə təzyiq göstərilə bilər axı?
 
Ailənin təhsil haqqı ilə bağlı probleminə gəldikdə isə bununla bağlı universitetin rəhbər şəxsləri ilə görüşülə və ya müraciət edilə bilərdi. 
 
Qeyd edim ki, təhsil haqqı ilə bağlı bir neçə dəfə universitetdə belə hal olub ki, rektora müraciət etmişik və nəticədə rektor ərizənin üzərinə yazıb ki, bir müddət sonra və ya mərhələli şəkildə təhsil haqqı ödənilsin. Bir şeyi də bildirim ki, rektorun kimisə təhsil haqqından azad etmək kimi hüququ yoxdur”.
 
A.Cəfərli deyib ki, universitet tərəfindən təhsil haqqı ödəyə bilməyənlərə müəyyən köməkliklər göstərilir:
 
“Məsələn, Tələbə Həmkarlar İttifaqı Komitəsi problemi olan tələbələrə ayda müəyyən məbləğdə pul vəsaiti verə bilər. Eləcə də universitetdə pulsuz yemək məsələləri və s. həll edilə bilər. Bu tələbə bizə müraciət etsə, ya ictimailəşdirərək, ya da ki, başqa yollarla onun probleminin həlli yönündə çalışa bilərik”.
 
***
 
14:50
 
"Oğlum tapılıb".
 
Bu sözləri Lent.az-a açıqlamasında Əsədulla Cəfərovun atası Əfqan Cəfərov deyib. O bildirib ki, oğlunu kamera vasitəsilə görüb:
 
"Bir kişi kafe açıb və ona iş verib. Onlar da “Vasmoy" (8-ci km) bazarına gəliblər. Orada da bizim kənddən işləyənlər var və bunu görüblər. Axşam da bu haqda mənə deyiblər. Bayaq polislə getdim və birlikdə kamerada baxdıq ki, kişinin yanındakı oğlumdur. İndi onun, kafenin harada olması barədə məlumatlı deyilik".
 
Ə.Cəfərovla bağlı olaraq hüquq-mühafizə orqanlarından isə saytımıza bildirib ki, hazırda araşdırma davam edir.
 
 
***
 
11:28
 
Azərbaycan Dillər Universitetinin (ADU) II kurs tələbəsi Əsədulla Cəfərovun hüquq-mühafizə orqanları tərəfindən axtarışları davam edir.
 
Bu barədə Lent.az-a açıqlamasında onun atası Əfqan Cəfərov deyib. O bildirib ki, oğlunu sonuncu dəfə sentyabrın 18-də görüb:
 
"Əsədullanın dostları onu gördüyünü və vəziyyətinin yaxşı olduğunu deyiblər. Ancaq dəqiq məlumat hələ də yoxdur. Hazırda onun yolunu gözləyirik".
 
Qeyd edək ki, atasının bildirdiyinə görə, oğlunun evi tərk etməsinə səbəb bu il təhsil haqqını ödəyə bilməməsi və kəsrinin olması olub.
 
Əlavə edək ki, ADU-nun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli faktı təsdiqləyib. O bildirib ki, Ə.Cəfərov yeni dərs ilindən etibarən heç bir dərsdə iştirak etməyib.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3209

Oxşar yazılar