
Honkonqda aksiya: polis havaya atəş açıb - YENİLƏNİB
Bu gün Honkonqda aksiyaçılarla toqquşma zamanı polis bir neçə dəfə havaya atəş açıb.
APA-nın məlumatına görə, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.
Hadisə yerli vaxtla saat 17.45 radələrində Vançay rayonunda qeydə alınıb. Sosial şəbəkələrdə hadisədən 30 saniyə əvvəl çəkilən görüntüdə aydın görünür ki, aksiyaçılar əllərində rezin dəyənək olan qara maska geyinmiş 4 naməlum şəxsə kərpic atır. Sonra 80-ə yaxın aksiya iştirakçısı həmin maskalı şəxsləri qovur və onları döyürlər. Həmin vaxt ağ kaska geyinmiş şəxs əlində tapança qaçır.
Qeyd edək ki, bu gün Honkonqda davam edən hökumət əleyhinə aksiyalarda polis və aksiya iştirakçıları arasında toqquşmalarla müşahidə olunur. Aksiyaçılar polisə kərpic və yandırıcı maddə dolu butulkalar atıb, bir neçə metrostansiyanın qarşısında yanğın törədib. Polis isə ilk növbədə aksiya iştirakçılarını kütləvi surətdə saxlayır, gözyaşardıcı qaz, rezin güllə və su şırnağından istifadə edir. Ən gərgin toqquşmalar Vançay və hökumət binalarının yerləşdiyi Admiraltey rayonlarında qeydə alınıb.
11:21
Bu gün Honkonqda yenidən etiraz aksiyaları başlayıb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Xennesi rayonunda aksiyaçılarla polis arasında toqquşma baş verib.
Aksiyaçılar polisə müxtəlif predmertlər atıblar. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, Honkonqda etiraz aksiyaları 4 aydan çoxdur ki, davam edir. Muxtariyyət hökumətinin qanunları pozmaqda şübhəli sayılanları və cinayətkarları Çin hakimiyyətinə təhvil vermək niyyəti Böyük Britaniyanın hakimiyyəti altında olmuş Honkonqda 1997-ci ildən sonra ən böyük kütləvi aksiyaların başlaması ilə nəticələnib. 1997-ci ildə Honkonqun geri qaytarılması müqabilində Çin bu ərazidə ən azı 50 il ərzində insan hüquqlarının, KİV azadlığının qorunacağı vədini verib. Müxalifət isə muxtariyyət hökumətini "bir ölkə, iki sistem" prinsipini pozmaqda ittiham edir.
İyulun əvvəlində Honkonq administrasiyasının rəhbəri Kerri Lam Çinə ekstradisiya ilə bağlı qanun layihəsinin gündəlikdən çıxarıldığını bəyan etməsinə baxmayaraq, aksiyaçıların qanun layihəsinin parlamentdən təcili geri götürülməsi barədə tələbini yerinə yetirməyib. Davam edən aksiyalar zaman-zaman zorakılıq müstəvisinə də keçir.
Artıq aksiyalarda demokratik islahatların keçirilməsi, K. Lamın istefası, aksiyalarda yol verilən polis zorakılığının araşdırılması tələbləri irəli sürülür.
Oxşar yazılar

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33