Bakıda isveçli rəssamın sərgisi açıldı
26 sentyabr 2019 14:04 (UTC +04:00)

Bakıda isveçli rəssamın sərgisi açıldı

İçərişəhərdəki “Art Tover” rəsm qalereyasında isveçli rəssam Simon Arnsın fərdi sərgisinin açılışı olub.

Lent.az xəbər verir ki, sərgi “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü, İsveçin Azərbaycandakı Səfirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə reallaşıb.

Sərgi çərçivəsində, həm də azərbaycanlı rəssamların əsərlərindən ibarət “vorkşop” təşkil olunub.

İki gün davam edəcək sərgi ilə hər kəsin tanış olmaq imkanı var.

# 910
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar