651
02:49
26 Sentyabr 2019

Rusiyada təyyarənin sərt qəza enişi nəticəsində xəsarət alanların sayı 49 nəfərə çatıb - YENİLƏNİB

Rusiyanın Barnaul hava limanında sərt qəza enişi edən təyyarədə xəsarət alanların sayı artıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə fəlakətlərlə bağlı regional səhiyyə mərkəzi məlumat yayıb. Son məlumata görə, 49 nəfərə tibbi yardım göstərilib.

Bundan əvvəl, 42 nəfərin həkimə müraciət etdiyi açıqlanmışdı.

Xəsarət alan 49 nəfərdən 48-nin ambulator şəraitdə müalicə olunduğu, başqa bir qadının böyrək zədəsi şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi açıqlanıb.

***

Saat 23:52

Rusiyanın Barnaul şəhərində təyyarənin qəza enişi etməsi zamanı 23 sərnişin xəsarət alıb.

APA "TASS" agentliyinə istinadən xəbər verir ki, “Azur Air” aviaşirkətinə məxsus “Boing 767-300” təyyarəsinin şassiləri eniş zamanı alovlanıb. Vyetnamdan gələn təyyarənin göyərtəsinə 331 sərnişin olub. Hadisə nəticəsində 23 nəfər xəsarət alıb. Onlardan 5-i xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.