343
21:51
25 Sentyabr 2019

"Azərbaycan Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllini dəstəkləyir" - XİN

Xarici işlər naziri Elmar Məmmədyarov bu ilin 25 sentyabr tarixində Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında iştirak edib.

APA xəbər verir ki, nazir Elmar Məmmədyarov iclasda çıxış edərək Azərbaycanın beynəlxalq birliyin məsul üzvü qismində, Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmət etməklə sülh yolu ilə həllinin dəstəklədiyini ifadə edib.