
Azərbaycan Kredit Bürosu müasir texnoloji həllərin tətbiqinə hazırlaşır
Azərbaycan Kredit Bürosu (AKB) müasir təcrübələrdə olan texnoloji həllərin tətbiq edilməsini planlaşdırır.
"APA-Economics"in məlumatına görə, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) "Azərbaycan və Orta Asiyada Maliyyə infrastrukturunun təkmilləşdirilməsi üzrə məsləhət xidmətləri" layihəsinin bitməsinə həsr olunmuş tədbirdə çıxış edən AKB-nin direktoru Elçin Həbibov deyib.
Onun sözlərinə görə, bu mənada AKB strateji olaraq qabaqcıl beynəlxalq təcrübələr əsasında gələcəyə hesablanmış yeni nəsil texnologiyaların tətbiqi ilə yeni sistem platformasının hazırlanması üzərində işlərə başlayıb.
"Bu çərçivədə maliyyə sektorundan toplanacaq məlumatların strukturunun genişlənməsi, eyni zamanda Büronun təqdim edəcəyi məhsul və xidmət çeşidinin artırılması, əlavə dəyər yaradan xidmətlərin, xüsusilə də məlumat analitikasının və digər analitik xidmətlərin daha da dərinləşdirilməsi nəzərdə tutulur. Bu məqsədlə layihəyə beynəlxalq nüfuzlu şirkət cəlb olunub və hazırda müqavilənin imzalanma mərhələsindəyik. Hesab edirəm ki, sözügedən layihənin növbəti iki il ərzində həyata keçirilməsi mümkün olacaq", - deyə E. Həbibov qeyd edib.
Oxşar yazılar

“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17