Yarım əsr sonra evə qayıdan ata – Ailə dramı
22 sentyabr 2019 16:14 (UTC +04:00)

Yarım əsr sonra evə qayıdan ata – Ailə dramı

Keniyanın yaşlı sakini 51 ildən sonra ailəsinə qayıdıb. Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 1968-ci ildə 30 yaşlı Frensis Mutua Çeqe İkumbi kəndindəki ailəsini ataraq gedib. O, arvadı Vandjirini də hara getdiyi haqda xəbərdarlıq etməyib. Qadın təkbaşına 6 övladını böyüdüb və ərinin nə vaxtsa geri dönəcəyinə inamı olmayıb. Vandjira bir dəfə təsadüfən Frensisi Kisiya şəhərində təsadüfən görüb . Ancaq sonradan yerli sakinlər onun buradan da getdiyini deyiblər. “Mən axtarışları dayandırdım, ancaq onun üçün Allaha dua edirdim. Mən bizim uşaqlarımızı böyütməli və onların layiqli təhsil almalarına nəzarət etməli idim” - qadın bildirib.
 
Üstündən 51 keçəndən sonra keniyalı Monika Qatoni Frensisin İkumbidəki məktəbin yaxınlığında ac olduğunu sezib. “Onun bədbin görünüşü vardı, - qadın iddia edir:
 
“O, uzun illərdir çıxıb getdiyi öz evini axtardığını dedi. Mənə yaşadığı yerin istiqamətini deyəndən sonra taksi ilə həmin yerə göndərdim”. 
81 yaşlı kişi ailəsinə və kənd sakinlərinə etiraf edib ki, uzun illər ərzində ölkənin müxtəlif şəhərlərində - Kisiya, Naroke və Kilqorisdə olub. O, oralarda öz biznesini qurmağa cəhd edib, lakin uğur qazana bilməyib. Sonradan Mau meşə kompleksində işə düzəlib və hətta yeni ailəsini də qurub. Ancaq qazandığı pulları spirtli içkiyə xərcləməsi arvadını və oğlunu narazı salıb. “Mən yüngül həyat sürdüm. Əliboş evə qayıtmağa utanırdım” - Frensis söyləyib. Tezliklə hakimiyyət insanları qorunan meşədən çıxarmağa başlayır və keniyalı yeni ev axtarmalı olur. Kişi ac və tam halsız doğma evinə qədər gəlir, yolun kənarında yuxuya gedir. Ailəsi və kəndin sakinləri Frensisin qayıdışına seviniblər. Buna görə kənddə keçi kəsib bayram ediblər. Onun bütün uşaqları da atalarını görmək üçün evə toplaşıb.
 
# 947
avatar

Oxşar yazılar