Azərbaycanda güclü külək qəzalara səbəb oldu – FOTO
22 sentyabr 2019 12:14 (UTC +04:00)

Azərbaycanda güclü külək qəzalara səbəb oldu – FOTO

Güclü küləyin  səbəb olduğu qəzalar operativ olaraq aradan qaldırılır. 
 
“Azəriqaz” İstehsalat Birliyindən Lent.az-a verilən məlumata görə, gecə saatlarında əsən güclü külək nəticəsində baş verən bütün qəzalar barədə 104 və 185 saylı qaynar xəttinə daxil olan zənglər operativ şəkildə araşdırılır. Əlaqədar department, şöbə və idarələrə ötürülən qəza məlumatlarının dərhal aradan qaldırlmasına, baş verən qaz sızmalarının ləğvinə başlanılıb. Belə qəzalardan biri də Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb. Belə ki, 9 saylı 2 mərtəbəli yaşayış evinin həyətindəki ağac aşıb. Diametri 108 mm olan aşağı təzyiqli qaz xətti zədələnib və 120 abonent qazsız qalıb. 
 
Gecə saatlarında baş verən qəza bir qrup abonenti qazsız qoyub
 
Gecə 03:30 radələrində Mersedes markalı avtomobillə Saatlı rayonu M.F.Axundov küçəsindən keçən diametri 159 mm olan daşıyıcı qaz kəmərini zədələyiblər və kəmər bir yerdən qırılıb. Nəticədə Saatlı rayonunun H.Əliyev prospektinin bir hissəsi, E.Hüseynov və Cavanşir küçələrində 300 abonentin qaz təchizatı dayandırılıb.
 
# 738
avatar

Oxşar yazılar