
"Saatlarla həbsxana qapısında gözləyirdim" - Sevda Ələkbərzadə
"Gözümü açıb yüksək səviyyəli insanlar görmüşəm. Maddi baxımdan çətin günlərimiz az olmayıb. Atama böhtan atıb, həbs etdilər. Sonra onu azadlığa buraxdılar. Yenə də maddi çətinlik yaşadıq. Gecələri yatmırdım".
Lent.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə Murad Arifin "Popumuz var" "Youtube" layihəsində deyib. Müğənni yazıçı atası Çingiz Ələkbərzadənin həbsindən danışıb:
"Anam o qədər ağlayırdı ki... Atamın yanına gedirdik, həbsxanada görüşürdük. Saatlarla həbsxana qapısında gözləyirdim. Həbsxana atamın yeri deyildi. Həmin hadisə onu sındırdı. Azad adam idi. AzTV-də ştatda işləmirdi ki, azad olmalıyam.
Şər atdılar, 2 il məhrum oldu azadlıqdan. İndi atam və anamdan qalan hər şeyi saxlayıram. Onlardan ayrıla bilmirəm.
İnsan anadan yetim qalır. Valideynləri itirəndə böyüyürsən... Onları hər an yanımda hiss edirəm. Düşünürəm ki, ölüm yoxdur, sadəcə, başqa dünyaya keçid var. Ölüm olsaydı, hər şey maraqsız olardı".
Maddi durumundan danışan Sevda aparıcının "Elə görünüşün var ki, sanki İsveç banklarında hesabın var" sözlərinə "Nə İsveç, heç Bakıda bankda pulum yoxdur. Heç bankada da pulum yoxdur" cavabını verib.
Ələkbərzadə verilişlərə getməməsinin səbəbini açıqlayıb:
"Yaxşı verilişlər azdır. İntelekti olan aparıcılar olsa, çıxacam efirə. Qonaqla bağlı məlumatın, musiqidən anlayışın yoxdursa, niyə mən verilişinə gəlim? Hamı məni verilişə dəvət edirlər. Sonra məndən küsüb, pisləyənlər də var. Verilişinə getmədiyim üçün baxıram məni pisləyirlər. Kimsə özünə şou düzəldib, reytinq edəcək, mən niyə gedim?". (axşam.az)
Oxşar yazılar

Cennifer Lopesə səhnədə evlilik təklifi
18 iyul 2025 , 11:51
Hollivud ulduzlarının az tanınan istedadlı bacıları
18 iyul 2025 , 09:24
Hadisədən "qocaldın" şərhlərinə CAVAB: "Qorxuda bilməzsiniz"
17 iyul 2025 , 18:55
“Səs Azərbaycan”ın iştirakçısı vəfat etdi
17 iyul 2025 , 18:28
"İki dəfə yıxıldım, səhhətimdə ciddi problemlər yarandı" - Aktrisa danışdı
17 iyul 2025 , 16:51
Tanınımış aparıcı AzTV-dən ayrıldı
17 iyul 2025 , 01:26
Bakı rusiyalı aparıcılardan imtina etdi - Murad Dadaşov aparacaq
16 iyul 2025 , 12:39
Hüquqi nəzarət altına düşən beş ULDUZ
15 iyul 2025 , 19:59