Qaz kəmərinə çırpılan maşınlar: günah sürücüdədir, yoxsa... <span style="color:red;">“Azəriqaz”dan CAVAB
22 sentyabr 2019 15:41 (UTC +04:00)

Qaz kəmərinə çırpılan maşınlar: günah sürücüdədir, yoxsa... “Azəriqaz”dan CAVAB

Ötən günlərdə Goranboy rayonu Balakürd kəndində baş verən avtoqəzada avtomobilin orta təzyiqli 219 mm-lik qaz kəmərinə çırpılması nəticəsində 3 kəndin mindən çox abonenti qazsız qaldı. Həmin hadisədə həmçinin bir nəfər həyatını itirib. Ümumiyyətlə son zamanlar “Azəriqaz”-ın avtomobillərin qaz kəmərlərinə çırpılması barədə mətbuata verdiyi məlumatlar çoxalıb. Görəsən bu hadisələrə səbəb nədir? Qaz kəmərləri avtomobil yollarından nə qədər məsafədə olmalıdır?
 
Lent.az-ın suallarını “Azəriqaz”-ın mətbuat katibi Ceyhun Səfərov cavablandırıb. Qurum rəsmisi qaz kəmərlərinin dövlət tərəfindən müəyyən olunmuş standartlarla qurulduğunu bildirib:
 
 
“Qaz kəmərlərinin qurulması dövlət tərəfindən müəyyən olunan standartlarla həyata keçirilir. Çalışırıq şəhər mərkəzlərində orta təzyiqli qaz kəmərləri yollarda asfaltın altından çəkilsin. Kənd yerlərində isə aşağı təzyiqli kəmərlərin torpağın altından çəkilməsi mümkün olmur. Ona görə də həmin yerlərdə qaz kəmərləri torpaqdan az hündürlükdə və dirəklərdə quraşdırılır. Qəzaların baş verməsinə səbəb isə, yolların genişlənməsidir. Belə ki, yollar genişləndikcə qaz kəmərləri ilə aradakı məsafə qısalır. Həmçinin yüksək sürət və yolkənarı səddlərin də götürülməsi qəzaları qaçılmaz edir. Üstəlik sakinlərin də həyəti genişləndirərək dəbdəbəli hasarlar tikməsi kəndlərdə yolların ensizləşməsinə və avtomobillərlə qaz kəmərləri arasındakı məsafələrin kəskin azalmasına gətirib çıxarır”.
 
Ceyhun Səfərovun sözlərinə görə, şəhərdə olan qəzaların əksəriyyəti yüksək sürətlə və yolların genişlənməsi ilə əlaqədar olur. “Azəriqaz” mətbuat katibi hətta bir müddət öncə sürücünün avtomobili park edərkən diqqətsizlikdən qaz kəmərini sıxması və kəmərin dirəkdən yerə düşməsi faktı ilə də rastlaşdıqlarını da bildirib.
# 1399
avatar

Mehman Nəbiyev

Oxşar yazılar