
Toyuna gedən hamilə gəlin yolda öldü
Braziliyada 6 aylıq hamilə olan gəlin toyuna gedərkən yolda ölüb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 30 yaşlı tibb bacısı Cessika Quedes limuzinlə San-Pauludakı kilsədə toyuna gedəndə özünü pis his edib. O, baş hərlənməsindən və boynundakı ağrılardan şikayətlənib, sonra huşunu itirib. Qohumları düşünüblər ki, gəlin sadəcə çox hirslənib.
Onun 31 yaşlı nişanlısı – yanğınsöndürmə leytenantı Flavio Qonsalves sevgilisinin ləngiməsinə görə təəccüblənib. Maşın yaxınlaşanda gəlinin qohumu qışqıraraq kömək istəyib.
Bəy bu zaman maşına tərəf qaçıb. Quedes özünə gələrək deyib ki, hər şey yaxşıdır, ancaq onun kürəyi və boynu ağrıyır. Qonsalves gəlini limuzindən çıxararaq ilk yardım göstərib. Sonra gəlini San-Pauludakı doğum evinə gətiriblər. Bir az keçmiş vəziyyətinin ağır olduğunu nəzərə alaraq onu özəl doğum evinə aparıblar.
Həkimlərin məlumatına görə, qadın iflic olub. Preklampsiyaya (hamiləlik zamanı vəziyyətin ağırlaşma) və daxili qan axma səbəbindən həkimlər onun uşaqlığını götürüblər.
Vəziyyətin çətinliyini nəzərə alan həkimlər 29 həftəlik uşağı xilas etmək üçün təcili qeysəriyyə əməliyyatı keçiriblər. Dünyaya 930 qramlıq qız gəlib. Onu Sofiya adlandırıblar. Gənc ana əməliyyatdan sonra ölüb.
Quedesin doğmaları iddia edir ki, qadın həkim nəzarətində olub, sağlamlığı ilə bağlı problemlə üzləşməyib, fiziki fəallığı ilə seçilib və yaxşı qidalanıb.
Oxşar yazılar

Çin və Aİ arasında yeni qalmaqal
6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15