Əfqanıstanda güclü partlayış: Ölənlərin sayı 20-yə çatdı - <span style="color:red;">YENİLƏNİB
19 sentyabr 2019 11:26 (UTC +04:00)

Əfqanıstanda güclü partlayış: Ölənlərin sayı 20-yə çatdı - YENİLƏNİB

 

Əfqanıstanın Zabul əyalətinin Kalat bölgəsində törədilən terror aktı zamanı ölənlərin sayı artıb.  
 
APA-nın Türkiyənin “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində ölənlərin sayı 20, xəsarət alanların sayı isə 95 nəfərə çatıb.

***

10:18

Əfqanıstanın Zabul əyalətinin Kalat bölgəsində törədilən terror aktı zamanı ölənlərin sayı artıb. 
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 12 nəfər həyatını itirib.

***

08:42

Əfqanıstanın cənubunda Zabul əyalətinin Kalat bölgəsində güclü partlayış baş verib. 

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, hadisə Milli Təhlükəsizlik İdarəsinin qarşısında olub.   

Partlayıcı ilə dolu avtomobilin partladılması nəticəsində 7 nəfər ölüb, 85 nəfər yaralanıb.  Partlayışa görə məsuliyyəti “Taliban” radikal qruplaşması öz üzərinə götürüb.   

“Taliban” ardıcıl partlayışların törədilməsini Əfqanıstanda sentyabrın sonlarına planlaşdırılan prezident seçkilərini pozmaq məqsədi daşıdığı açıqlayıb.   Qeyd edək ki, iki gün əvvəl Kabildə və Pərvan əyalətində partlayışlar nəticəsində ümumilikdə 48 nəfər ölüb, 80 nəfər yaralanmışdı.

# 721
avatar

Oxşar yazılar