
Bakıda avtomobil qaçıran şəxs qəza törədib, ağır xəsarət alanlar var - FOTO - VİDEO
Binəqədi rayonunda iki avtomobil toqquşub.
APA xəbər verir ki, Biləcəri qəsəbəsində 30 yaşlı Nəcəfov Əlizamin Ələddin oğlu tanışının “VAZ 2107” markalı avtomobilini qaçırıb.
O, yüksək sürətlə Binəqədi şossesində hərəkətdə olan zaman 40 yaşlı Məhərrəmov Şükür Haqverdi oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobilə çırpılıb. Hər iki avtomobilin sürücüsü ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Avtomobillər deformasiyaya uğrayıb. Zərbənin gücündən benzin çəni deşilib və benzin yola dağılıb.
Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Oxşar yazılar

20-ci mərtəbədən yıxılan iki yaşlı uşaq sağ qaldı
4 iyul 2025 , 06:17
Motosiklet iki piyadanı vurdu - Vəziyyətləri ağırdır
3 iyul 2025 , 22:01
"Qanuni oğru" Vaqif Süleymanov saxlanıldı - VİDEO
3 iyul 2025 , 21:18
Ermənistan ordusunun əsir düşən azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənildi
3 iyul 2025 , 21:11Bilgəh çimərliyində DƏHŞƏTLİ ANLAR: 23 yaşlı oğlanın boynu sınıb öldü
3 iyul 2025 , 19:59
Gəncədə hovuza yıxılan kişi öldü
3 iyul 2025 , 19:33
Dubaydan Bakıya külli miqdarda brilyant qaşlar gətirmək istədi
3 iyul 2025 , 17:10