
Bu il daha 250 vətəndaş üçün sosial bağların salınması təmin ediləcək - RƏSMİ
Sentyabrın 17-də DOST agentliyində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən mətbuat konfransı keçirilib.
APA-nın məlumatına görə, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev əhalinin özünüməşğulluq proqramı haqqında məlumat verib. Onun sölərinə görə, 2016-cı ildən özünüməşğulluq proqramı həyata keçirilir. Nazir müavini deytib ki, proqramın əhatə dairəsi 2017-ci illə müqayisədə 2018-ci ildə 6.5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilib.
"2019-cu ildə 7 min ailə müraciət etsə də, ilin sonunadək bu sayın 3 min artırılaraq, 10 minə çatdırılması nəzərdə tutulur. Bu ilin 8 ayı ərzində artıq 4589 nəfər proqram çərçivəsində təlimlərə cəlb olunub. 2019-cu ildə proqrama qoşulanların təxminən 50%-i sosial təminata ehtiyacı olan şəxslərdir. Proqrama cəlb edilənlərin 84 faizə qədəri regionların payına düşür. Əsas prioritet istiqamət kənd təsərrüfatı və bağçılıqdır".
A.Əliyev bildirib ki, ötən il 125 ailə üçün müvafiq bağlar salınıb. Bu il daha 250 vətəndaş üçün sosial bağların salınması təmin ediləcək.
"Hazırda əhali tərəfindən meyvə qurudulması, kiçik yem istehsalı istiqamətində 350-dən çox müraciət var. Bu il həmin istiqamətdə özünüməşğulluq xidmətini nəzərdə tutmuşuq".
Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06
Sabahın tibbi-meteoroloji PROQNOZU
5 iyul 2025 , 14:45Dünyada İLK: Qadın süni intellektlə hamilə qaldı
5 iyul 2025 , 14:27