
Bu il ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunan məktəblilərin STATİSTİKASI
2018-2019-cu dərs ilində Bakı məktəbliləri Respublika Fənn Olimpiadalarında 5 qızıl, 10 gümüş, 30 bürünc medal olmaqla, ümumilikdə 45 medal alıb.
Bu barədə Lent.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, BŞTİ-nin tabeliyindəki məktəbləri bitirən 1 433 məzuna Fərqlənmə Attestatı verilib.
Həmçinin sözügedən məktəblərin XI sinfini bitirən 14 məzun qızıl, 1 məzun isə gümüş medala layiq görülüb.
Bundan başqa məktəb məzunlarından ali məktəblərə qəbul imtahanlarında iştirak edən 17 505 nəfərdən 13 012 nəfər, yəni 74 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Belə ki, Bakı şəhəri üzrə qəbul imtahanlarında iştirak uğur qazanmış abituriyentlərin 22 faizi 500 və 500-dən çox bal toplayıb.
Oxşar yazılar

XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12