Bu ölkədə daxili çəkişmələrdə 23 nəfər öldürüldü
15 sentyabr 2019 05:50 (UTC +04:00)

Bu ölkədə daxili çəkişmələrdə 23 nəfər öldürüldü

 


Mərkəzi Afrika Respublikasında (MAR) ölkənin şimal-şərqində Birao şəhəri yaxınlığında iki silahlı qrup arasında baş verən qarşıdurma zamanı 23 döyüşçü öldürülüb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə şənbə günü BMT-nin MAR-dakı sülhməramlı missiyasının nümayəndəsi Vladimir Monteiro açıqlamasında bildirib. 

Onun sözlərinə görə, qarşıdurma MAR-ın Dirçəlişi Xalq Cəbhəsi və Mərkəzi Afrika Ədalət uğrunda Azadlıq Hərəkatının üzvləri arasında olub. Monteiro qeyd edib ki, bu, sentyabr ayında tərəflər arasında baş vermiş sayca ikinci toqquşmadı.

# 531
avatar

Oxşar yazılar