 
                            
                        Azərbaycanda televiziya və radio kanallarının yayımı bir gün dayandırılacaq - SƏBƏB
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Sentyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılacaq. Bunu "APA-Economics"ə "Teleradio" İstehsalat Birliyindən deyiblər.
	Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan 15:00-dək dayandırılacaq.
	Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunan cədvələ uyğun həyata keçirilir. Bu ilin cədvəlinə əsasən, dörd kompleks profilaktika nəzərdə tutulub.
	Bu günədək profilaktika martın 4-də və iyunun 10-da keçirilib, üçüncüsü sentyabrın 16-da, dördüncüsü isə dekabrın 9-da keçiriləcək.
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0
                                        
                                     
                 
    