
Koçaryanın tərəfdarları və əleyhdarları arasında dava düşüb
Bu gün Yerevan məhkəməsində Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın məhkəməsi keçirilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, məhkəmədə Robert Koçaryana qarşı irəli sürülmüş konstitusiya quruluşunun pozulmasına dair ittiham üzrə işə baxılıb. Sabiq prezidentin müdafiəçiləri onun azad olunmasını tələb ediblər.
Məhkəmənin qərarı sentyabrın 17-də elan olunacaq.
Məhkəmə iclasından sonra sabiq prezidentin tərəfdarları və əleyhdarları arasında toqquşma baş verib. Baş verənlərə görə, bir neçə nəfər, o cümlədən “Milli razılıq” partiyasının sədri Aram Arutunyan saxlanılıb.
R. Koçaryanın əleyhdarları onu qadını döyməkdə ittiham ediblər. A. Arutunyanın özü ünvanına edilən təhqirlərə cavab olaraq bu addımı atdığını bildirib.
Qeyd edək ki, 2018-ci il iyulun 26-da Ermənistan İstintaq Xidməti 2008-ci il martın 1-də keçirilmiş aksiyanın dağıdılması ilə əlaqədar başladılmış cinayət işi çərçivəsində Robert Koçaryana qarşı konstitusiya quruluşunun pozulmasına dair ittiham irəli sürüb. Bir gün sonra keçmiş prezident həbs olunub. Bu ilin mayında Robert Koçaryan Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin zaminliyi ilə azadlığa buraxılıb. Bundan sonra Ermənistanın Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Koçaryanın həbsi ilə bağlı qərar qəbul edib.
O həmçinin böyük məbləğdə rüşvət almaqda ittiham edilir.
Oxşar yazılar

İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22