Terrorçuluq dərsi verməkdə təqsirləndirilən şəxs HAKİM QARŞISINDA
12 sentyabr 2019 14:52 (UTC +04:00)

Terrorçuluq dərsi verməkdə təqsirləndirilən şəxs HAKİM QARŞISINDA

Gəncə Ağır Cinayətlər Məhkəməsində terrorçuluq məqsədilə təlim keçməkdə və digər ağır cinayətlərdə ittiham olunan Müsəllim Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

APA-nın məlumatına görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı sentyabrın 24-ə təyin edilib.

 

Qeyd edək ki, Müsəllim Şükürov Cinayət Məcəlləsinin 214-3.1-ci (terrorçuluq məqsədi ilə təlim keçmə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma) maddələri ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar