Bakıda 12 gündür yoxa çıxan 13 yaşlı qız tapıldı
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Paytaxtda itkin düşən azyaşlı tapılaraq ailəsinə təhvil verilib.
	Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da gecə saatlarında Yeni Suraxanı qəsəbəsində yaşadığı evdən naməlum istiqamətə gedərək, itkin düşən 2006-cı il təvəllüdlü Nelli Ağayeva tapılaraq ailəsinə təhvil verilib.
	Polis əməkdaşları tərəfindən azyaşlının valideynləri ilə profilaktiki söhbət aparılıb, onun üzərində nəzarətin artırılması tövsiyə olunub.
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0