
Kolleclərdə boş yerlərə qeydiyyat başa çatdı
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, qəbul olunan abituriyentlər sentyabrın 6‑dan 11‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.
Qeyd edək ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 3643 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1424 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub.
Oxşar yazılar

Rusiyada qətlə yetirilən azərbaycanlı qardaşlar Ağcabədidə dəfn edildi -FOTOLENT -VİDEO
1 iyul 2025 , 10:43Güclü yağış və külək - GÜNÜN HAVASI
1 iyul 2025 , 10:20
İnsanların 50 faizi xəbər oxumaq istəmir - MARAQLI STATİSTİKA
1 iyul 2025 , 09:47
Dövlətimiz böyük qətiyyət göstərdi, cənazələr vətənə gətirildi - JURNALİST
1 iyul 2025 , 09:38
İyul 4 BÜRC üçün yeni başlanğıc olacaq: Bütün çətinlikləri geridə qoyacaqlar
1 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
1 iyul 2025 , 08:20
Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07