
Zaur Baxşəliyev həyat yoldaşını belə təbrik etdi
"Nə yaxşı ki, doğulmusan, Günayım. Buna görə özümü təbrik edirəm, çünki yaxşı insanların doğum günü onun əhatəsində olanlar üçün hədiyyədir".
Lent.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev həyat yoldaşı Günayın ünvanına yazıb. Xanımını ad günü münasibəti ilə təbrik edən Baxşəliyev bunları qeyd edib:
"İlk əvvəl mənim üçün hədiyyəsən, sonra da balamız üçün. Özümü və Dilavəri təbrik edirəm ki, bizimsən. Adi sözləri sevmirəm, hər zaman içimdən gələni deyirəm. Sənin varlığın məni çox rahat edir. Həmişə çalışıram ki, sən xoşbəxt olasan. Bilmirəm buna nə qədər nail oluram. Bacardığımı edirəm və bu, hər zaman belə olacaq. Hislərimizin, münasibətlərimizin hər zaman yeni qalmasının ən böyük səbəbkarı sənsən.
Fərqli qadınsan, maraqlı insansan, dəyərli sirdaşsan, dostsan, sevgilisən və ən əsası evinin xanımısan. Heç vaxt dəyişmə, hər zaman belə qal. Səni sevirəm".
Qeyd edək ki, Zaur və Günay cütlüyünün Dilavər adlı bir qız övladı var. Bir müddət əvvəl Günayın ikinci uşağına hamilə olması xəbəri yayılıb.
Oxşar yazılar

Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03