322
10:37
05 Sentyabr 2019

Vəkillər Kollegiyasına üzv olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 8-də Vəkillər Kollegiyası ilə birlikdə Kollegiyaya üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Lent.az -a mərkəzdən verilən xəbərə görə, namizədlərin sənəd qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılıb. İmtahanda iştirak etmək üçün 241 nəfər qeydiyyatdan keçib.

İmtahan saat 10:00-da başlayacaq və 3 saat davam edəcək.

İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunur.

İmtahanda namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunacaq.

Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.