
Bakı polisi film təqdim etdi: "Əmlakınıza etinasız yanaşmayın!" - VİDEO
Bakı şəhər Baş Polis İdarəsi "Əmlakımızı cinayətkar qəsdlərdən necə qorumalı?" adlı sosial maarifləndirici qısametrajlı film təqdim edib.
Lent.az-a idarədən verilən xəbərə görə, Bakıda nəqliyyat vasitələrindən qeydə alınan talamalar – oğurluqlar açıq qapıdan, açıq pəncərədən daxil olmaqla törədilməsi müşahidə olunur.
Bakı polisi viktimoloji vəziyyəti nəzərə alaraq sosial-maarifləndirici qisametrajlı film vasitəsilə cəmiyyətə müraciət edib və “Məsuliyyət hər kəsin təhlükəsizliyidir – İlk növbədə Sənin: Əmlakınıza etinasız yanaşmayın!” şüarı ilə cəmiyyəti diqqətli və məsuliyyətli olmağa səsləyib.
Qeyd olunub ki, hər bir insan diqqətli və məsuliyyətli olmalı və əmlak – nəqliyyat vasitələrini cinayətkar qəsdlərdən mühafizəsinə həssas yanaşmalıdır. Avtomobilləri parklayarkən, qısa müddətdə tərk edərkən, salonda nəzarətsiz qalan qiymətli əşyalar kriminala meyilli şəxslərin diqqətindən yayınmır.
Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin sifarişi əsasında hazırlanan qısametrajlı filmin ssenari müəllifi polis mayoru Elşad Hacıyev, qurluşçu rejissoru Rövşən Nicat, operatoru Emin Hüseynovdur.
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33
“Sputnik Azərbaycan” Mətbuat Şurasında MÜZAKİRƏ EDİLDİ
14 iyul 2025 , 16:21