“Heydər” məscidində Məhərrəm ayı məclisləri keçiriləcək
02 sentyabr 2019 15:46 (UTC +04:00)

“Heydər” məscidində Məhərrəm ayı məclisləri keçiriləcək

Məhərrəm ayının başlaması ilə bağlı hər axşam “Heydər” məscidində saat 20:30-da məclislər təşkil olunur.

Bu barədə Lent.az-a məscidin imamı Hacı Rüfət Qarayev məlumat verib. O bildirib ki, məclis “Quran”-nın tilavəti ilə başlayır: “Təşkil olunan məclisdə xütbələr söylənir, mərsiyə və dualar oxunur. Mərasimin sonunda gələn insanlara ehsan olaraq çay süfrəsi açılır”.

Məhərrəm ayının hüzn ayı olduğunu deyən R.Qarayev bu ayda toy, nişan kimi məclislərin keçirilməsinin doğru olmadığını qeyd edib: “Hətta tarixdə də olub ki, toy, şadyanalıq kimi məclislər olanda həmin ailələr xeyir tapmayıb. Kimsə toy etməyin doğru olmadığını desə belə, mentalitet, ənənə tərəfindən qəbul olunmur”.

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1323

Oxşar yazılar