224
03:21
02 Sentyabr 2019

"Dorian" qasırğası dağıdıcı gücü ilə Baham sahillərinə çatıb

“Dorian” qasırğası bütün gücü ilə Baham adaları sahillərinə çatıb.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğaların İzlənilməsi üzrə Milli Mərkəzi məlumat yayıb.

Sinoptiklərin məlumatına görə, ən yüksək 5-ci dərəcəli qasırğa Baham adalarının şimal hissəsindəki Abako adasında tüğyan edir.

“Dorian şimal-qərbi Bahamın müasir tarixində ən güclü qasırğaya çevrilib. Abakoda qorxunc vəziyyət yaşanır”, - deyə sinoptiklər bildirib.