
Ölümü proqnozlaşdıran QAN TESTİ
Həkimlər insanın ölüm vaxtını təxmin edə biləcək qan testi yaradıblar. Almaniya və Hollandiyadan olan tədqiqatçılar insanın on il ərzində ölüb-ölməyəcəyini 80%-dən çox dəqiqliklə müəyyənləşdirməyə imkan verən texnologiya hazırlayıblar.
e-tibb.az xarici mediaya istinadən xəbər verir ki, bu metod 18 yaşından 109 yaşına kimi olan 44168 insanla bağlı aparılan tədqiqat məlumatları əsasında hazırlanıb.
Məlumatlar qanda 226 fərqli maddənin ölçüsünü və ölüm vaxtını əhatə edir. Məlum olur ki, tədqiqat aparılan 17 il ərzində izlənilən 44168 nəfərdən 5512 nəfəri ölüb.
Tədqiqatçılar 1997-ci ildən 7603 finlandın olümünü qabaqcadan proqnozlaşdırmaq üçün qanın 14 parametrindən istifadə ediblər. Müşahidə müddətində 1213 finland ölüb.
Bu araşdırma nəticəsində 5 və 10 il ərzində ölüm proqnozu 83% dəqiqliklə olub. Amma bu dəqiqlik yaşı 60-dan çox olanlar arasında 72%-ə düşüb.
Bu 14 markerdən əksəriyyəti çoxdan məlumdur. Məsələn, qanda şəkərin miqdarı, “pis xolesterin”, iltihabla əlaqəli doymamış yağ turşuları, böyrək və qaraciyər problemlərini göstərə bilən albuminlərlə əlaqəli amillər və s. Ancaq digərləri, məsələn, asetoasetat ölümlə o qədər də açıq şəkildə əlaqələndirilmir və bir sıra əlavə tədqiqat tələb edir.
Bununla yanaşı, bu biomarkerlər ənənəvi metodlarla müqayisədə 5 və 10 illik ölüm riskinin proqnozunu açıq şəkildə yaxşılaşdırır. Tədqiqat müəllifləri yazır: "Bu nəticələr, metabolik biomarkerlərin profilləndirilməsi, müvafiq klinik şəraitdə təsdiqlənərsə, xəstənin müalicəsini istiqamətləndirmək üçün istifadə edilə bilər".
Hazırda araşdırmalar davam edir. Çünki markerlər yalnız nəzəri deyil, klinik şəraitdə də sınanmalıdır. Üstəlik, araşdırmada əldə edilən bütün məlumatlar Avropa mənşəli insanlardan alınıb, ona görə də digər qruplara tətbiq oluna bilməz.
e-tibb.az
Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38