
Almanlar pullarına necə qənaət edirlər?
Bu günlərdə Düsseldorf aeroportunda sərnişinlərin təyyarədən düşməsi zonasında nömrələrin yeni avtomatik skanlanması sistemi tətbiq edilib. Sərnişinləri yola salan avtomobillər burada 10 dəqiqəyə qədər pulsuz dayana bilər, sonrakı 5 dəqiqə üçün 5 avro, daha sonra hər bir 5 dəqiqə üçün 3 avro ödəmək lazım gəlir. Ən sərfəli variant maşını qısamüddətli parklayıb bir saat üçün 9 avro ödəməkdir.
Sərnişinləri qarşılayan avtomobillərin pulsuz dayanması üçün vaxt cəmi 2 dəqiqədir. Girişdə limit vaxtından kənara çıxmayanda nömrə nişanı skanlanan kimi turniketlər avtomatik açılır. Bu da nəzarət məntəqələrində vaxta qənaət etməyə və maşınların toplanmasının qarşısını almağa kömək edir.
Köln və Bonn aeroportları da bu ilin yazında sərnişinlərin təyyarəyə minməsi və təyyarədən düşməsi zonaları üçün qaydaları dəyişərək giriş yerlərində turniketlər quraşdırıblar. Burada minmə və düşmə üçün pulsuz vaxt 10 dəqiqədir. Sonrakı 15 dəqiqənin qiyməti 5 avrodur. Pulsuz limit vaxtının yarım saat aşılması 12 avroya başa gəlir ki, bu da hər kəsin cibinə görə deyil.
Bəs yeni qaydalardan xoşlanmayan almanlar belə hallarda necə hərəkət edirlər? Bəzən onlar reyslərin gəlməsini avtobanın aeroporta gedən ehtiyat zolağında gözləyirlər. Amma polis onları qovur, çünki həmin zolaqda dayanmaq olmaz. Sərnişinləri qarşılayanlar vəziyyətdən çıxış yolunu tapıblar. İndi onlar təyyarənin gəlməsini və sərnişinin aeroport binasından çıxmasını yaxınlıqdakı qoruq zonalarda istirahət edənlər üçün nəzərdə tutulmuş dayanacaqlarda gözləyirlər. Əslində, Köln aeroportu Van çöllüyünün ortasında yerləşir. Buradakı dayanacaqlarda dayanmaq isə qadağan deyil.
Budapeşt aeroportunda qarşılayanlar bəzən oxşar vasitədən istifadə edirlər: onlar maşını yaxınlıqdakı yanacaqdoldurma stansiyasında parklayıb, aeroport binasından çıxan sərnişinin onlara zəng etməsini gözləyirlər.
(AZƏRTAC)
Oxşar yazılar

Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15