
Ərdoğandan XƏBƏRDARLIQ: "Bizim vaxtımız və səbrimiz qalmadı"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya sərhədində təhlükəsiz zona mövzusunda ABŞ-a sərt mesajlar ünvanlayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə prezidenti hərbi məktəblərin diplom təqdimetmə mərasimində çıxış edərkən bildirib ki, bir neçə həftə içində Türkiyənin şərtləri daxilində bölgəyə nəzarət mümkün olmasa, yeni hərəkət planını işə salacaqlar: “Bizim çox vaxtımız və səbrimiz qalmadı. 3 həftə içində ABŞ ilə ortaq təmaslarımızın son fürsətidir. 450 kilometr xətt boyunca 30 kilometr dərinliyə sahib təhlükəsiz zona yaratmaq təklifimiz daxilində addımlar atılmasa, biz öz başımızın çarəsinə baxacağıq. Bu dəfə də zəhmət çəksin, qarşıdakılar düşünsün”.
Ərdoğan onu da bildirib ki, haqqını ödədikləri F-35 təyyarələri təhvil verilmədiyinə görə Türkiyə lazım olan hər bir addımı atmağa hazırdır: “Rusiyaya səfərimizdən narahat oldular. Əlbəttə, gedəcəyik, müdafiə sənayesinə dair harada nə varsa, onunla maraqlanacağıq. Sabahın Türkiyəsini daha güclü hala gətirəcəyik. Türkiyəni üçüncü dərəcəli, zəif, gücsüz ölkələrlə müqayisə edənlərə kimliyimizi göstərmək bizə borc olsun”.
Oxşar yazılar

Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05