
Göyəm mürəbbəsinin hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Leziz TV” adı ilə məşhur olan səhifəyə istinadla göyəm mürəbbəsinin resepti ilə tanış edəcəyik.
Tərkibi:
1 kq göyəm, 1 kq şəkər tozu, 1 stəkan su
Hazırlanma qaydası:
Göyəmləri yuyuruq, sonra süzgəcə qoyub qurumasını gözləyirik. Ləyənə şəkər tozunu, suyu əlavə edib şirə hazırlayırıq. Şirə hazır olana qədər çəngəl ilə göyəmləri deşdəkləyirik. Şirə hazır olduqda kənara qoyuruq soyusun. Sonra göyəmləri şirəyə əlavə edib 5-6 saat kənarda saxlayırıq. Daha sonra göyəmi qoyuruq ocağa, 5 dəqiqə qaynadıqdan sonra üzərinə yığılmış köpükləri götürüb yenidən 5-6 saat kənarda soyuduruq. Təkrar ocağa qoyub bişiririk. Mürəbbə hazır olduqdan sonra bankalara yığıb sərin yerdə saxlayırıq.
Nuş olsun!
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54
Bakıda bu yol iki gün BAĞLI OLACAQ
18 iyul 2025 , 15:48