
Azərbaycanda distant təhsilə cəlb edilən fiziki məhdudiyyətli şagirdlərin sayı AÇIQLANDI
“2011-ci ildən etibarən distant təhsilin inkişaf etdirilməsi və xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bu prosesə cəlb olunması ilə əlaqədar müvafiq layihə icra olunur. Təhsil müəssisəsində qeydiyyatda olan, fiziki məhdudiyyətləri səbəbindən evdə təhsil alan və sağlamlıq cəhətdən distant təhsil alması mümkün olan şagirdlər könüllülük əsasında və valideynlərinin razılığı ilə distant təhsil prosesinə cəlb olunurlar”.
Bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, layihə çərçivəsində bu günədək Bakı, Gəncə şəhərləri, Qazax, Samux, Tovuz, İsmayıllı, Ağdam, Ağstafa, Şəmkir rayonlarından ümumilikdə 210 nəfər fiziki məhdudiyyətləri olan şagird və 40 nəfər müəllim layihəyə cəlb olunub:
“Onlar müvafiq İKT avadanlığı, proqram təminatları və Azərbaycan Təhsil Şəbəkəsinə çıxış ilə təmin olunublar. Distant təhsilin icrasını təmin etmək məqsədilə İKT avadanlıqlarından və xüsusi qurğulardan istifadəyə dair müəllim, şagird və valideynlər üçün təlimlər keçirilib. Təcrübə göstərir ki, distant tədris prosesi şagirdlərin öyrənmə prosesinə daha fəal cəlb olunmasına və onların ictimai fəallıqlarının daha da artırılmasına yardım edib. Bunu nəzərə alaraq, hazırda layihənin genişləndirilməsi və daha çox fiziki məhdudiyyətləri olan uşaqların layihəyə cəlb olunması nəzərdə tutulur”.
Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38