
Həftəbecər turşusu - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Xeyale Xalilova” adı ilə məşhur olan səhifəyə istinadla həftəbecər turşunun resepti ilə tanış edəcəyik.
Tərkibi:
Bütün ərzaqlar zövqə görə götürülür. Yaşıl pomidor, turşuluq kələm, tikanlı xiyar , yerkökü, acı bibər, sarımsaq, şüyüd qurusu, dəfnə yarpağı, qara dənə istiot, duz, üzüm sirkəsi, yodsuz qaya duzu (kaya tuzu), şəkər tozu, limon duzu
Hazırlanma qaydası:
Bütün ərzaqları yuyuruq və suyu çəkiləndən sonra eyni ölçüdə doğrayırıq.
Sonra doğranılan ərzaqları balonlara düzürük. Ərzaqları balona sıra ilə düzmək lazımdır. Birinci xiyarı, sonra yerkökünü, pomidoru, kələmi, xiyarı və ədviyyatları əlavə edirik. Qeyd edək ki, bütün ərzaqları və ədviyyatları balona doldurarkən zövqə uyğun yığa bilərsiz. Sonra balona 6 stəkan su, limon duzu, sirkə, duz və şəkər tozu əlavə edib bağlayırıq.
Nuş olsun!
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33
“Sputnik Azərbaycan” Mətbuat Şurasında MÜZAKİRƏ EDİLDİ
14 iyul 2025 , 16:21