
Bu ölkənin paytaxtı dəyişdirilir
İndoneziyanın paytaxtı Cakartadan Kalimantan adasının cənub-şərq hissəsinə köçürüləcək.
Bu barədə bazar ertəsi İndoneziya prezidenti Joko Vidodo bəyanat verib.
Hökumətin bu məqsədlə təxminən 32 milyard dollar xərcləyəcəyi gözlənilir. Əsas işlərə 2021-ci ildə başlanılacaq. Planlaşdırma və milli inkişaf naziri Bambang Brojonegoro qeyd edib ki, hakimiyyət 2024-cü ilə qədər hökumətin yeni paytaxta köçəcəyini gözləyir.
Onun sözlərinə görə, əvvəlcə yeni paytaxt üçün bir neçə variant var idi: "Xüsusilə bütün dövlət strukturlarını yalnız Cakartanın mərkəzində cəmləşdirmək istəyirdik. Lakin nəticədə başqa bir adaya tam köçmək barədə qərar verildi".
18 min adadan ibarət Kalimantan xüsusilə vacib olan seysmoloji cəhətdən təhlükəsiz bir ərazidə yerləşir. (trend)
Hazırkı paytaxt isə şəhər infrastrukturunun kifayət qədər inkişaf etməməsi ilə bağlı ciddi problemlər yaşayır.
Oxşar yazılar

İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22