Qubada itkin düşən kişinin meyiti tapıldı
26 avqust 2019 08:37 (UTC +04:00)

Qubada itkin düşən kişinin meyiti tapıldı

 
 
 
 
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Quba rayonu, Tüləkəran kəndi yaxınlığında, dağlıq ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub. 
 
FHN-dən Lent.az-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri 1960-cı il təvəllüdlü  Nəsirov Sahib Nəsrəddin oğlunun meyitini taparaq aidiyyəti üzrə təhvil veriblər.
# 426
avatar

Oxşar yazılar