
FHN-in texnika və canlı qüvvəsi Quba, Oğuz, Qəbələ və Ağsuda baş vermiş yanğınların söndürülməsinə cəlb edilib
Fövqəladə Hallar Nazirliyi (FHN) Quba, Oğuz, Qəbələ və Ağsuda baş vermiş yanğınlarla bağlı məlumat yayıb.
Nazirlikdən APA-ya verilən məlumata görə, Quba rayonu, Çiçi kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğının söndürülməsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 21 nəfər şəxsi heyəti, 2 texnikası, Mülkü Müdafiə Qoşunlarının 35 nəfər şəxsi heyəti, 1 texnikaı, Şimal Regional Mərkəzinin 10 nəfər şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində 16 hektar sahədə quru ot və kollar yanıb. Artıq yanğın söndürülüb.
Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığında dəniz səviyyəsindən 1900 metr hündürlükdə olan mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğına 1 anfibiya təyyarəsi, 3 helikopter, o cümlədən FHN-in müvafiq qüvvələri cəlb olunub.
Qəbələ rayonun Solquca kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Aviyasiya Dəstəsinin Mülkü Müdafiə Qoşunlarının və Şimal-Qərb Regional Mərkəzinin ümumilikdə 235 nəfərlik şəxsi heyəti, 16 texnika, o cümlədən 1 yanğınsöndürən təyyarə və 1 helikopter cəlb olunub.
Ağsu rayonun Kəndaxan kəndi yaxınlığında dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 35 nəfər şəxsi heyyəti, 5 texnikası, Mülkü Müdafiə Qoşunlarının 35 nəfər şəxsi heyəti, 2 texnikası cəlb olunub. Ümümilikdə nazirliyin 70 nəfər şəxsi heyəti və 7 texnikası ərazidə fəaliyyətdədir.
Hazırda yanğınların lokallaşdırılması istiqamətində işlər davam etdirilir.
Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33
Şəmkirdə yanan kişi öldü
30 iyun 2025 , 18:31