
Dağıstanda uçrumdan dərəyə aşan avtomobildə dörd nəfər öldü
Dağıstanın Tsumadinski rayonunda “VAZ-2107” markalı minik avtomobilinin uçurumdan dərəyə aşması nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb.
APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəsmi instaqram səhifəsində məlumat yayıb.
Məlumatda qeyd edilib ki, içəridə sərinşinlərin olduğu minik avtomobili daşqının törətdiyi fəsadlar üzündən 500 metr yüksəklikdən dərəyə aşıb.
Qəza nəticəsində ailə başçısı, arvadı və 10 yaşlı oğlu yerindəcə dünyasını dəyişib.
15 yaşlı oğlan isə ağır xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Oxşar yazılar

Göyçayda kişi həyətdə yıxılıb öldü
7 iyul 2025 , 09:24
Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54