
Milyarder 79 yaşında vəfat etdi
Dünyanın ən varlı insanlarından biri olan milyarder Devid Koç 79 yaşında vəfat edib.
APA-nın “Reuters”ə isinadən verdiyi xəbərə görə, bu barədə onun qardaşı Çarlz Koç məlumat yayıb.
O, kiçik qardaşı Devid Koçun prostat xərçəngi ilə uzun sürən mübarizədən sonra vəfat etdiyini deyib.
"Onun üçün çox darıxacağıq, o, heç vaxt unudulmayacaq", Çarlz Koçun açıqlamasında bildirilib.
Devid Koç 1940-cı ilin mayın 3-də anadan olub. O və qardaşı Çarlz Massaçusets Texnologiya İnstitutunda təhsil aldıqdan sonra atasının "Koch Industries" şirkətində karyerasına başlayıb. Atalarının ölümündən sonra Devid qardaşı Çarlz ilə birlikdə neft emalı, gübrə, polimer, lif və meşə sənayesinə yatırımlar qoyaraq şirkətin sərhədlərini xeyli genişləndirib.
Devid Koç siyasi həyatda fəal iştirak edib, o, Respublikaçılar partiyasının namizədlərinin seçki kampaniyalarına güclü dəstək verib.
"Forbes"in 2018-ci ilin iyun ayında təqdim etdiyi statistikaya görə, var-dövləti 51 milyard dollar dəyərində olan Devid Koç dünyanın ən varlı adamları siyahısında 11-ci yerdə idi. "Bloomberg"in 2019-cu ilin avqust ayına olan hesablamalarına görə isə Çarlz və David Koçun sərvəti 124,5 milyard dollar təşkil edib.
Qeyd edək ki, Devid Koç səhhətinin pisləşdiyini əsas gətirərək 2018-ci ilin iyununda iş və siyasi fəaliyyətini dayandırmışdı.
Oxşar yazılar

Rusiyada Şahin Şıxlinskinin oğlu saxlanıldı-YENİLƏNİB
15 iyul 2025 , 23:09
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı
15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi, sağ qaldı
15 iyul 2025 , 17:44
İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər
15 iyul 2025 , 12:36
115 yaşlı marafonçu faciəli şəkildə öldü
15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI
15 iyul 2025 , 11:13
"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46