Həbsxanaya heroin keçirilməsinin qarşısı alındı
23 avqust 2019 17:16 (UTC +04:00)

Həbsxanaya heroin keçirilməsinin qarşısı alındı

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.
 
Penitensiar Xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilən İsmayılov Şahsevən Mayıl oğluna qonşusu, Kəlbəcər rayon sakini Əliyev Qabil Məhəmməd oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman şirniyyatın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 0.830 qram narkotik maddə - heroin aşkar edilib. 
 
Faktla bağlı araşdırma aparılır.
# 475
avatar

Oxşar yazılar