
Məhkumlara qarşı zorakılıq edilməsi barədə yayılan məlumatlar əsassızdır - RƏSMİ
Penitensiar xidmət 12 və 13 saylı cəzaçəkmə müəssisələrində ayrı-ayrı məhkumlara qarşı müəssisə rəhbərliyi tərəfindən zorakılıq hallarına yol verilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Penitensiar xidmət İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, son günlər ərzində bəzi sosial şəbəkələrdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 12 və 13 saylı cəzaçəkmə müəssisələrində ayrı-ayrı məhkumlara qarşı müəssisə rəhbərliyi tərəfindən zorakılıq hallarına yol verilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verilib:
“Penitensiar xidmət bildirir ki, istər göstərilən cəzaçəkmə müəssisələrində, istərsə də xidmətin digər tabe qurumlarında saxlanılan məhkum və həbs edilmiş şəxslərin hüquq və qanuni mənafelərinin qorunması xidmət rəhbərliyinin daimi olaraq ciddi nəzarəti altındadır. Bununla belə, ayrı-ayrı məhkumların qanunvericilikdə nəzərdə tutulmamış imtiyazlara nail olmaq məqsədilə saxlanma qaydalarının pozulmasına, cəzaçəkmə müəssisəsinin rəhbərliyinin qanuni tələblərinə riayət olunmasından imtina etməsinə yönələn hərəkətlərinin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qarşısı alınır. Ədliyyə Nazirliyi Penitensiar xidməti tərəfindən tabe qurumlarda həyata keçirilən islahatlar, məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması, islah-tərbiyə prosesinin səmərəliliyinin artırılması, habelə xidmətin bütün fəaliyyət sahələrini əhatə edən tədbirlərin həyata keçirilməsinə dair ictimaiyyətə əvvəllər olduğu kimi müfəssəl məlumat veriləcək”.

Oxşar yazılar

Azərbaycanda universitet müəllimi koronavirusdan vəfat etdi
17 yanvar 2021 , 23:49
“Evlərimiz hər an, hər dəqiqə uça bilər” - "57 yaşlı" yataqxananın sakinləri-FOTO
17 yanvar 2021 , 16:47
Koronavirus statistikası: 845 sağalma, 322 yoluxma, 11 ölüm
17 yanvar 2021 , 16:06
Ünvanlı sosial yardım necə təyin edilir? - Nazirlikdən CAVAB-VİDEO
17 yanvar 2021 , 14:07
Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ
17 yanvar 2021 , 11:49
Dünyada bu gün-VİDEO
17 yanvar 2021 , 09:05
Şəhər və rayonlara giriş-çıxışa hansı şərtlərlə icazə veriləcək? - RƏSMİ AÇIQLAMA
16 yanvar 2021 , 19:20
Azərbaycanda son sutkada koronavirusa 402 yoluxma qeydə alındı
16 yanvar 2021 , 17:12