“Qalatasaray” Hollandiyaya göndərdiyi futbolçunun maaşını özü verəcək
22 avqust 2019 09:20 (UTC +04:00)

“Qalatasaray” Hollandiyaya göndərdiyi futbolçunun maaşını özü verəcək

 
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Konstantinos Mitroğlu karyerasını Hollandiyada davam etdirəcək. 
 
APA-nın məlumatına görə, yunanıstanlı hücumçu qarşıdakı mövsümdə PSV-də oynayacaq.
 
O, Eyndhoven təmsilçisində icarə əsasında çıxış edəcək. PSV K. Mitroğluya görə 1,25 milyon avro ödəyəcək. Lakin futbolçunun maaşını “Qalatasaray” verəcək. İstanbullular ona bir il üçün 1,95 milyon ödəyəcək. 
 
Qeyd edək ki, müqavilə ilə Fransanın “Marsel” klubuna məxsus olan forvard bu ilin əvvəlində “Qalatasaray”a 1,5 illik icarəyə verilib. 
 
# 594
avatar

Oxşar yazılar