
Nazirlik meşə yanğınlarının əsas səbəblərini açıqladı
“İnsan faktoru meşə yanğınlarına səbəb olan əsas amillərdəndir. Biz yanğınların qarşısının alınması, günahkar şəxslərin ortaya çıxarılması və onların ən azından həm ictimai tənbeh olunması, həm də qanun qarşısında cavab verməsi üçün müvafiq qurumlarla birlikdə əlimizdən gələni edəcəyik”.
Lent.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, hər il dünyada baş verən meşə yanğınları insan tələfatı, minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir: “İnsanların məsuliyyətsizliyi ucbatından uzun illər ərzində qorunub saxlanmış meşələr, nadir ağaclar bir anda məhv olur. Bizdə bu cür genişmiqyaslı yanğınlar baş vermir, insan tələfatı olmur. Meşə yanğınlarından bəhs edərkən xüsusilə vurğulanmalıdır ki, bu sahədə baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Qalanmış tonqallar və bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması, söndürülməmiş kibritin, siqaret kötüyünün yerə atılması, maşınların mühərrikindən çıxan qığılcımlar da meşə yanğınlarına səbəb olan əsas amillərdəndir. Son zamanlar baş verənlər, insanların yaşıllıqlara laqeyd münasibəti, ətraf ərazilərin məişət tullantıları ilə çirklənməsi, eləcə də bu günlərdə müxtəlif yerlərdə baş verən ardıcıl yanğınlar onu göstərir ki, biz təbiətimizə qarşı yenə də səhlənkarıq. Milli parklar Azərbaycanın ən gözəl füsunkar təbiəti olan ərazilərində yerləşir. Nəzərə alaq ki, Hirkan Milli Parkı UNESCO-nun irs siyahısına nominasiyadadır. Yəni bu, dünyanın inciləri siyahısındadır. Biz bu gün baş verən yanğını ilkin olaraq təhlil etmişik. Milli Park yaxınlıqda yerləşən kəndin və bələdiyyə torpaqlarının sərhədindən başlanır. Yanğın nəticəsində dəyəri ölçüyəgəlməz olan meşələrimiz, ağaclarımız yanır, orada yaşayan fauna növləri həmin ərazini tərk edir, məhv olur, bu işlərin bərpası üçün dövlətə milyonlarla ziyan dəyir. Bizim qanunvericiliyimiz ehtiyatsızlığı da, ehtiyatsızlıqdan edilən cinayəti də cinayət sayır. Bu baxımdan ehtiyatsızlıqdan olan əməllərin qarşısının alınması vacibdir".
Oxşar yazılar

İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12