Avtobusda sərnişinləri girov götürən güllələndi
20 avqust 2019 16:50 (UTC +04:00)

Avtobusda sərnişinləri girov götürən güllələndi

 
Braziliyada Rio-Niteroy körpüsündə avtobusda sərnişinləri girov götürən silahlı şəxs polis snayperi tərəfindən güllələnib. 
 
APA-nın “Sputnik”ə istinadən verdiyi xəbərə görə, onun öldüyü ehtimal edilir, lakin məlumat hələ təsdiqlənməyib. 
 
Qeyd edək ki, bu gün yerli vaxtla səhər saatlarında Rio de Janeyro şəhərində özünü hərbi polis kimi təqdim edən şəxs avtobus sərnişinlərini girov götürərək onları yandırmaqla hədələyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 916

Oxşar yazılar