234
11:39
20 Avqust 2019

İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumu İSMF-2019

Yeni təhsil ilinin başlaması münasibətilə və ölkəmizdə təhsilin inkişafı üzrə dövlət siyasətinin davamı olaraq təşkil olunan İbtidai Sinif Müəllimlərinin Təhsil Forumu (İSMF) 2-ci dəfə 8 sentyabr 2019-cu il tarixində Heydər Əliyev Sarayında təşkil olunacaq. Forum “Çinar Yayımları” nəşriyyatının təşəbbüsü, Respublika Təhsil Şurası, Azərbaycan Uşaq Fondu, Bakı Biznes Universiteti və Türkiyənin Okulistik şirkətinin təşkilatçılığı ilə baş tutacaq.
Forumun Təşkilat Komitəsinin sədri, “Çinar Yayımları” nəşriyyatının direktoru Bəhram Oruclu bildirir ki, əsas məqsədimiz dövlət siyasətinin davamı
olaraq dünyada təhsil sahəsində baş verən innovativ yeniliklərin araşdırılıb ölkəmizə gətirilməsi, müəllimlərin maariflənməsi prosesində iştirak, ən önəmlisi isə ibtidai sinif müəllimlərinə yeni təhsil ilinin başlaması münasibətilə bayram əhval ruhiyyəsi yaşatmaqdır.
Qeyd edək ki, ilk dəfə 2018-ci ildə təşkil olunan İbtidai Sinif Müəllimlərinin Təhsil Forumunda (İSMF) 1500-dən çox müəllim iştirak edib. Bu il isə 2000-dən artıq müəllimin iştirakı nəzərdə tutulub. Forumda iştirak ödənişsizdir.
www.cinaryayimlari.com saytından qeydiyyatdan keçməklə iştirakı təsdiq etmək mümkündür.
İSMF layihəsinin təşəbbüskarı olan “Çinar Yayımları” nəşriyyatı gələcəyimiz olan uşaqlar üçün yüksək texnologiya və müasir standartlara uyğun keyfiyyətli əlavə dərs vəsaitləri nəşr edir. “Təməlində sevgi var” şüarı ilə fəaliyyət göstərən nəşriyyat mütəmadi olaraq şagird və müəllimlər üçün müxtəlif sosial, interaktiv layihələr həyata keçirir.
İSMF 2019-un rəsmi media tərəfdaşları:
Azedu.az, APA , Lent.az , Edumap.az, ONA İSMF 2019-un rəsmi çap tərəfdaşı: Max Ofset Mətbəəsi
Daha ətraflı: Tel.: (+99455) 224 56 26