AQTA-dan <span style="color:red;">YENİ LAYİHƏ:  məktəblilər südlə təmin olunacaq
19 avqust 2019 19:35 (UTC +04:00)

AQTA-dan YENİ LAYİHƏ: məktəblilər südlə təmin olunacaq

Qida Təhlükəsizliyi Agentliyi uşaqların sağlam qidalanmasının təmin olunması məqsədilə 2019-2020-ci tədris ilindən etibarən müvafiq qurumlar ilə birgə “Sağlamlıq üçün süd için” adlı yeni pilot layihəyə start verəcək.

Agentlikdən Lent.az-a verilən məlumata görə, layihə çərçivəsində məktəblilərin təzə südlə təmin olunması ilə yanaşı, onlara sağlam qidalanma vərdişlərinin aşılanması, vitamin və mineral çatışmazlığı problemlərinin qidalanma ilə aradan qaldırılması istiqamətində zəruri məlumatların çatdırılması nəzərdə tutulub.

İlkin olaraq Siyəzən rayonunda yerləşən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə təhsil alan şagirdləri əhatə edəcək layihə, daha sonra respublikamızın digər bölgələrində də reallaşdırılacaq.

Pilot layihəyə hazırlıq tədbirləri zamanı AQTA mütəxəssisləri tərəfindən şagirdlərə və valideynlərə südün istehlak qaydaları ilə bağlı məlumatlar veriləcək, süd içməyin əhəmiyyəti barədə təlimlər keçiriləcək.

Agentlik gələcək nəsillərin sağlamlığının təmin olunması məqsədilə həyata keçirilən layihədə könüllü iştirak etmək, təmannasız dəstək göstərmək istəyən sahibkarları əməkdaşlığa dəvət edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 994

Oxşar yazılar