Sumqayıtda 10 abituriyentdən 8-i tələbə adını qazanıb
19 avqust 2019 11:47 (UTC +04:00)

Sumqayıtda 10 abituriyentdən 8-i tələbə adını qazanıb

Sumqayıt şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri bu il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstəriblər. 

Lent.az-ın məlumatına görə, şəhərdə 3 məktəbin bütün şagirdləri ali məktəblərə qəbul olub.

Belə ki, Sumqayıt şəhər Texniki və Təbiət Elmlər Liseyi, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın və “İstedad” liseyinin bütün məzunları tələbə adını qazanıb. Texniki və Təbiət Elmlər Liseyinin 25 şagirdi, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın isə 26 şagirdi 600-dən çox bal toplayıb.

5 təhsil müəssisəsi isə qəbul imtahanlarının birinci mərhələsində 90 faizdən çox nəticə göstərib.

Qəbul imtahanlarının birinci mərhələsində ümumilikdə 151 məzun 600-dən yuxarı toplayıb.

Ümumiyyətlə, Sumqayıtda  bu il qəbul imtahanlarında iştirak edən 10 abituriyentdən 8-i tələbə adını qazanıb.

 

 

 

 

 

 

 

# 927
avatar

Aygün İbrahimli

Oxşar yazılar