
Türkiyədə 3 bələdiyyə sədri vəzifədən kənarlaşdırıldı
Terrorçularla əlbir olmaqda şübhəli bilindiklərinə görə Türkiyənin Diyarbəkir, Van və Mərdin rayonlarının bələdiyyə sədrlərinin vəzifə səlahiyyətləri əllərindən alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Daxili İşlər Nazirliyi adıçəkilən rayonların bələdiyyələrində dünən gecə saatlarından kütləvi əməliyyat-axtarış tədbirlərinə başlayıb.
Türkiyə DİN-in yaydığı açıqlamada bildirilib ki, son illər terrora qarşı aparılan qətiyyətli mübarizə nəticəsində gücdən düşən PKK/KCK terror təşkilatları onlarla əlbir olan bəzi bələdiyyə başçıları vasitəsi ilə bələdiyyələrin imkanlarından qeyri-qanuni məqsədlər üçün istifadə edib. Bu səbəbdən silahlı terror təşkilatının qurmaq və ya idarə etmək, bu təşkilatlara üzv olmaq və cinayətkarlara dəstək verməkdə ittiham olunan Diyarbəkir bələdiyyə sədri Səlcuq Mirzaqlı, Mərdin bələdiyyə sədri Əhməd Türk və Van bələdiyyə sədri Bedia Özgökçə haqqında istintaq əməliyyatlarına başlanıb.
Diyarbəkir, Van və Mərdinə yeni bələdiyyə sədrləri təyin olunana qədər bu vəzifələri hər üç rayonun valiləri icra edəcəklər.
Oxşar yazılar

Lotereyadan 6 milyon uddu, axtarışa verildi
9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez bitəcək
9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ
9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur
9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər
9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi
8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar
8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı
8 iyul 2025 , 18:03