Bakı-Sumqayıt qatarında texniki nasazlıq yaranıb.
APA-nın məlumatına görə, qatar platformadan kənarlaşandan bir qədər sonra dayanıb.
15 dəqiqə dayandıqdan sonra qatar geri qayıdıb.
Sərnişinlər qatardan təxliyə olunub. Onlar növbəti qatarla Sumqayıta yola salınacaqlar.